"Bakı"nın baş məşqçisi Milinko Pantiç Azərbaycan Premyer Liqasının 34-cü turunda "Qəbələ"yə məğlub (1:3) olduqları oyunu şərh edib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, nəticəni ədalətli hesab edib:
"Ədalətli nəticə oldu. Çoxlu qol epizodları yaratsaq da, onları qola çevirə bilmədik. Cəmi bir dəfə fərqlənə bildik. Rəqib isə qapımıza üç dəfə gəldi və hamısında qol vurdu. “Qəbələ”nin heyətində yüksək ustalıq səviyyəsi olan futbolçular var. Bizdən daha üstün oynayıb qələbə qazandılar. Topa sahib olmaqda üstün idik".
M.Pantiç bildirib ki, heyətdə müəyyən itkilərin olması komandanın oyununa təsir edib:
"Qəbələ"ni Avropa Liqasına vəsiqə qazanması ilə təbrik edirəm, uğurlar arzulayıram. Rauf Əliyev və Cavid zədədən sonra tam bərpa olmadıqları üçün bu gün Qəbələyə gətirilməyiblər. İlk növbədə futbolçuların sağlamlığını düşünürəm, onları riskə atmaq istəmədim”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”