“Fikrimcə, ilk hissədə çox yaxşı oynadıq, iki top fərqi ilə irəli çıxdıq. İkinci hissədə isə futbolçular niyəsə hesabı qorumağa çalışırdılar. Buna görə keyfiyyətli oyun göstərə bilmədi. Bütün deyilənlərə baxmayaraq, komanda qarşısına qoyulan məqsədə çatdı, Avropa Liqasına vəsiqə qazandı. Qarşıda daha iki matçımız var. Kubokun finalına da hazırlaşacağıq".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin Azərbaycan Premyer Liqasının 34-cü turunda "Bakı"ya qalib (3:1) gələrək avrokuboklara vəsiqə qazandıqları oyundan sonra deyib.
O, bu uğur münasibəti ilə futbolçuları və klub rəhbərliyini təbrik edib.
"Möcüzə olmur. Birdən biri yaxşı nəticə qazanmaq olmur. Müəyyən səhvlər olurdu, ona görə alınmırdı. Zirvədə olan komandalar mövsüm boyu daha yaxşı oynayırdı, heyətləri daha stabil idi. Ötən illə müqayisədə 10 yeni futbolçumuz var. Bu cür heyət dəyişikliyi ilə ilk ildə çempion olan komanda tanımıram” - deyə Syomin bildirib.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”