“Qəbələ” klubu tarixində ilk dəfə olaraq, Avropa kuboklarında oynamaq hüququ əldə edib.
Qol.Az-ın xəbərinə görə, bu, Yuri Syominin komandasının bu gün Premyer Liqada “Bakı” üzərindəki qələbəsindən (3:1) sonra baş verib.
Xalını 57-yə yüksəldən “Qəbələ” ən yaxın izləyicisi “Bakı”nı hazırda 6 xal geridə qoyur. Bu mövsüm şəxsi göstəricilərdə “Bakı”nı üstələyən (üç qələbə, bir heç-heçə) “Qəbələ” son iki turda keçirəcəyi oyunların nəticəsindən asılı olmayaraq, çempionatı ən azı dördüncü yerdə tamamlayacaq.
Komanda hətta Azərbaycan kubokunun finalında “Neftçi”yə uduzsa belə, 2014/15 mövsümündən Avroliqada oynaya biləcək.
Qeyd edək ki, bundan əvvəl “Qarabağ” və “İnter” klubları da avrokuboklarda oynamaq hüququ qazanıb. Qitə miqyaslı yarışda iştirak üçün sonuncu vəsiqəyə əsas namizəd “Neftçi”dir. Hazırkı vəziyyətdə paytaxt təmsilçisinə Avroliqaya düşmək üçün cəmi iki xal da kifayətdir. Bundan başqa, “Neftçi”nin kubokun finalında oynayacağını da nəzərə alsaq, “ağ-qaraların” yalnız mözuzə baş verəcəyi halda (çempionatda bundan sonrakı hər üç oyunda və kubokun finalında məğlubiyyət və “Bakı”nın bundan sonrakı iki oyunda qələbə qazanması) Avroliqaya getməyəcəyini demək olar.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”