"Bakı" klubunun icraçı direktoru Yaşar Seyidovun Qol.Az saytına müsahibəsi
- Bu gün xəbər portallarında maaşları gecikən "Bakı" futbolçularının qiyam etməsi, hətta "Qəbələ" ilə bu gün keçiriləcək oyuna çıxmaq istəmədikləri haqda məlumat yayılıb. Yazılanlarla bağlı fikirləriniz necədir?
- Bu, yanlış xəbərlərdir. Komandanın iclas keçirməsi, hər kəsin öz fikrini söyləməsi hələ futbolçuların qiyamı demək deyil. Bunu yazanların məqsədini çox yaxşı başa düşürük. Hər bir klubda maaşların kecikməsi və müəyyən başqa problemlər olur. Həmişəki kimi klubdaxili iclas keçirmişik. Futbolçular öz fikirlərini bildiriblər. Biz də rəhbərlik olaraq bu məslələrin yaxın günlərdə həll olunacağına söz vermişik. Komandamız artıq Qəbələdədir. Saat 17:00-da oyunumuzu canlı yayımla izləyə bilərlər.
- Komanda Qəbələyə tam şəkildə yollanıb?
- Bəli, zədəli və cəzalılardan başqa bütün futbolçular Qəbələyə gəlib. Hazırda oteldəyik.
- Futbolçuların "Qəbələ" ilə oyuna çıxmaq istəməməsi nə dərəcədə doğrudur?
- Futbolçular müəyyən fikirlər səsləndirib. Ancaq məsələ ciddiləşməyib. Müəyyən fikir müdaləsi aparmışıq. İclasda hər kəs öz fikrini bildirib. Bəli, kimsə etiraz edə bilər. Ancaq bunlar kluba aid olan məsələlrdir. Başa düşmürəm ki, niyə bu məsələlər bəzilərini çox narahat edir. Qarşılıqlı şəkildə hər şey yoluna qoyulub. "Bakı" klubu olaraq daim futbolçuları diqqətdə saxlayırıq və bundan sonra da belə olacaq.
- Məsələ ilə bağlı klub prezidenti Hafiz Məmmədova məlumat verilib?
- Bəli, klub prezidenti də bundan xəbərdardır. Ancaq burda elə bir ciddi problem yoxdur. Yaxın günlərdə özümüz bütün məsələləri yoluna qoyacağıq. Bu istiqamətdə işlər gedir.
- Etiraz edən bəzi legionerlərin müqaviləsinə xitam verilə bilər?
- Bu, etiraz forması deyil. Tək legionerlər yox, yerli futbolçularımız da iclasda öz fikirlərini deyiblər. Fikir bildirmək etiraz demək deyil. Burda fövqəladə bir şey yoxdur.
- Makedoniyalı qapıçı Edin Nurodinovski "Bakı"dan birdəfəlik ayrılıb?
- Bir neçə gün bundan əvvəl futbolçu özü baş məşqçiyə yaxınlaşıb, başqa komandanın təlim-məşq toplanışına qatılması üçün icazə istəyib. Pantiç isə onun getməsinə icazə verib.
- Məlum məsələdən sonra oyunqabağı komandada əhval-ruhiyə necədir?
- Komandada ab-hava yüksək səviyyədədir. Burda olan rəhbərlik futbolçularla birlikdədir. İnanıram ki, komanda "Qəbələ" ilə oyuna yüksək əhval-ruhiyədə çıxacaq.
Ramiq AĞAMƏMMƏDOV
Depay 1 ay oynamayacaq
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı