"Qarabağ"ın xal itirəcəyinə inanmıram"

"Qarabağ"ın xal itirəcəyinə inanmıram"
ÖLKƏ FUTBOLU 6 May 2014 / 18:38 3079
-  A +

"Qış fasiləsindən sonra "İnter"in inamlı çıxışı bu komandanı heç kimin gözləmədiyi halda çempionluq yarışına qoşub. "Qarabağ"ın son turlarda ardıcıl xal itkisinə yol verməsi "İnter"in çempionluq ümidini artırıb. Ancaq sabahkı oyunda "Qarabağ" məsələni öz xeyrinə həll edə bilər".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun və U-19 milli komandamızın sabiq baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 34-cü turunda sabah baş tutacaq "Qarabağ" - "İnter" oyunu haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın son turlardı üzləşdiyi uğursuzluqlara toxunub. O, Ağdam klubunun ardıcıl xal itkiləri ilə üzləşməsini belə izah edib: "Mətbuatda "Qarabağ"ın son turlardakı uğursuz çıxışlarını arxayınlıqla bağlayırlar. Ancaq mən belə düşünmürəm. Sadəcə olaraq kənardan "Qarabağ"ı çempion adlandıranda istər-istəməz futbolçulara psixoloji təsir edir. Son turlarda hiss edirik ki, "Qarabağ" yaxşı çıxış etsə də, futbolçularda həyəcan var".

A.Əsədov sabahkı oyun haqda proqnozunu da söyləyib:  "Hər şey "Qarabağ"ın öz əlindədir. Ancaq "İnter" oyuna daha rahat çıxacaq. Çünki bu komanda çempionatın ilk dövrələrində aşağı pillələrdə qərarlaşmışdı. Buna görə də ikinci yeri tutmaq da "İnter" üçün çox yaxşı nəticədir. Düşünürəm ki, ən azından "Qarabağ" uduzmayacaq. Çünki tam formalaşmış bir komandanın bu qədər xal itkisinə yol verməsinə inanmıram. Oyunun əvvəllərində "Qarabağ"ın istədiyi qolu vura bilsə, qalib gələcək və çempionluğunu  rəsmiləşdirərəcək".

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq