Luis Suarez hönkür-hönkür ağladı (VİDEO)

Luis Suarez hönkür-hönkür ağladı (VİDEO)
VİDEO 6 May 2014 / 11:19 3293
-  A +

İngiltərə Premyer Liqasında dünən keçirilən “Kristal Palas” – “Liverpul” qarşılaşmasında qeydə alınan heç-heçə (3:3) qonaq komandaya bu mövsüm çempionluq yolunda ağır zərbə olub.

Qol.Az-ın xəbərinə görə, matç bitən kimi “Liverpul”un futbolçusu Luis Suarez hönkür-hönkür ağlamağa başlayıb. Bu zaman Stiven Cerard komanda yoldaşına yaxınlaşaraq onu sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, “Liverpul” 55-ci dəqiqəyə qədər 3:0 irəlidə olub, lakin 9 dəqiqə ərzində (79-88-ci dəqiqələrdə) üç qol buraxaraq hesabı qoruya bilməyib.

Xatırladaq ki, 37 oyundan 81 xal toplayan “Liverpul” liderlik mövqeyini saxlasa da, onun birinci pilləni itirmək təhlükəsi çoxdur.

Çünki hazırda 36 oyundan 80 xala malik “Mançester Siti” sabah “Avton Villaya” qalib gələcəyi təqdirdə liderliyi ələ alacaq. Bundan başqa, indiki vəziyyətdə “Liverpul” çempionatda bir, “Mançester Siti”nin isə iki oyunu qalıb.




Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır