Nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə Fransanın "Lion" klubunun bazasında olan "Qəbələ" Futbol Akademiyasının məşqçi heyəti akademiya, əsas komanda və seleksiya qrupu ilə tanış olub.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, daha sonra "Lion" klubunun prezident müşaviri, Fransa futbol tarixinin ən yaxşı futbolçularından hesab olunan Bernar Lyakomb "Qəbələ" təmsilçilərinin qəbul edib. Görüş zamanı klub rəsmisi səfərin təfərrüatları barədə məlumat alıb.
Daha sonra “Qəbələ”nin nümayəndələri Avropa Liqası çərçivəsində baş tutan "Lion" - "Viktoriya" (Çexiya) matçı öncəsi meydan sahiblərinin son məşqini izləyib və "Lion"un baş məşqçisi Remi Qardla görüşüb.
Daha sonra nümayəndə heyəti "Lion" Futbol Akademiyasının inzibati binası və yataqxanası ilə tanış olub. Təmsilçilərimizə seleksiya qrupunun iş prinsipləri barədə məlumat verilib, "Qəbələ" Futbol Akademiyasının seleksiya qrupunun iş prinsipləri arasındakı bənzər və fərqli cəhətlər müzakirə edilib.
Günün sonunda nümayəndə məşqçilər heyəti akademiya komandalarının məşqlərini izləyib. Ardından isə məşqçilər meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşan "Lion" - "Viktoriya" matçına tamaşa ediblər.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi