Çempionlar Liqasında mübarizəni dayandıran İtaliyanın "Milan" klubu mövsümün sonunda heyətini gücləndirməyi planlaşdırır.
Qol.Az-ın "Sky Sport İtalia"ya istinadən verdiyi məlumata görə, Milan təmsilçisinin ilk transfer hədəfi PSJ-nin müdafiəçisi Aleksdir.
Mövsümün sonunda azad agent statusu alacaq braziliyalı futbolçunun "Milan"ın təklifini müsbət qarşıladığı bildirilir. "Milan" rəhbərliyi hücum xəttinə "Tottenhem"in forvardı Emanuel Adebayoru düşünür. Hələlik Adebayorun Londondan ayrılıb-ayrılmayacağı məlum deyil. Belə ki, "Tottenhem" klubu toqolu futbolçunu komandada saxlamaq niyyətindədir.
Qeyd edək ki, "Milan" Çempionlar Liqasının 1/8 finalında "Atletiko"ya məğlub olaraq (1:5) mübarizəni dayandırıb.
Lukaku "Napoli"dən gedir
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi