“Bütün komandalar güclüdür. “Kayrat” ötən il UEFA Kubokunu qazansa da, “Barselona”nın hazırda daha yaxşı formada olduğunu düşünürəm”.
Lent.az-ın məlumatına görə, bunu Naxçıvanın “Araz” futzal komandasının baş məşqçisi Joze Alesio Da Silva UEFA Kubokunun “4-lər finalı”ndakı ilk rəqibi barədə danışarkən deyib.
Bununla belə, braziliyalı mütəxəssis “Barselona”ya qalib gəlməyin mümkünlüyünü vurğulayıb. İspaniya təmsilçisinin rəsmisi Xavi O Kallagen isə “Araz”ın ev sahibi olması səbəbindən yarımfinal matçının çətin alınacağını deyib. O, qalib gəlməyə çalışacaqlarını vurğulayıb.
Aprelin 24-də keçiriləcək digər yarımfinal görüşündə Qazaxıstan “Kayrat”ı ilə Rusiyanın “Dinamo” (Moskva) komandaları qarşılaşacaq. “Kayrat”ın rəsmisi Adil Şarikpulov ötən ilki nailiyyəti yenidən təkrarlamaq istədiklərini vurğulayıb. “Dinamo” klubunun baş direktoru Qalina Danilkina isə keçmiş SSRİ məkanında keçirilən bütün yarışlar haqda yüksək fikirdə olduğunu bildirib. Hər iki klub Bakıda azarkeş dəstəyinə ümid etdiklərini söyləyib. Danilkina deyib ki, “Dinamo”nun komandanı hər yerdə dəstəkləyən yaxşı azarkeşləri var: “2 il öncə İspaniyaya 100-dək, ötən il isə Gürcüstana nisbətən az tərəfdarımız getmişdi. Bakıya isə daha çox – 150-dək azarkeşin gələcəyinə inanırıq. Çünki “Dinamo”nu Bakıda da sevirlər”.
Sarikpulov da Qazaxıstandan təqribən bu qədər azarkeşin Bakıya gələcəyini gözlədiklərini söyləyib.
Qonaqlar Bakıdakı şəraitdən razılıq ifadə etməyi də unutmayıblar. “Buradakı şərait çox yaxşıdır. Qonaqpərvərlik sizin ənənənizdir” - deyə, Danilkina vurğulayıb.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi