Mustafa Dənizli: "Komediya tipli bir oyun oldu"

Mustafa Dənizli: "Komediya tipli bir oyun oldu"
GÜNDƏM 8 Mart 2014 / 17:38 4731
-  A +

“Komediya tipli bir oyun oldu, deməyə sözüm yoxdur. Bu cür oyunla məğlub olduq. Belə hadisələr 20 ildə bir dəfə olur".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli "Rəvan"la baş tutan oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis "Rəvan"a məğlubiyyəti yuxuya bənzədib: "Bir oyunda bu qədər qol epizodundan istifadə edə bilməyəsən və son anda qapından qol buraxıb məğlub olasan. Yuxu kimi bir oyun oldu, 5-6 qol epizodundan istifadə edə bilmədik. Ancaq uşaqlar belə səhvlər edə bilər. Bizim oynadığımız futbolla rəqibin oyanadığı futbolun nəticəsi budursa, deməyə sözüm yoxdur. Oyunu uduzmaq olar, amma bu cür iki qol buraxmağa söz tapa bilmirəm”.

Daha çox


Son xəbərlər