Kaxaber Sxadadze: "Çempionluq haqda həmişə düşünürük"

Kaxaber Sxadadze: "Çempionluq haqda həmişə düşünürük"
GÜNDƏM 8 Mart 2014 / 17:27 1945
-  A +

"Mövsümün əvvəlində ilk 7 oyundan 6-da məğlub olub, son pillələrdə idik. İndi isə uğurlu çıxışla 3-cü pilləyədək yüksəlmişik. Görülən işə görə komandaya minnətdaram, avrokuboklara düşmək üçün əlimizdən gələni etməliyik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Sumqayıt"la baş tutan oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis çempionluq haqda hər zaman düşündüklərini bildirib: "Rəqib son 3 oyunda qapısından qol buraxmamışdı. “Neftçi”ni məğlub etmişdi, “Bakı” ilə oyunda azlıqda qalsa da, heç-heçə oynamışdı. “Sumqayıt”ın baş məşqçisinə təşəkkür etmək lazımdır, o, komandanı doğru yöndə aparır. Gənc futbolçulara düzgün oynamağı öyrədir. Bugünkü oyunda təcrübə sayəsində rəqibi üstələdik. 1:0 “sürüşkən” hesabdır, qol epizodlarından istifadə etməli idik. Oyunun sonlarına yaxın “Sumqayıt” hesabı bərabərləşdirə də bilərdi.

Qarşıda çox oyun var, avrokuboklara düşmək qarşımızda duran minimal vəzifədir. Çempionluq haqqında isə həmişə düşünürük. “Qarabağ” bu il çox güclüdür, layiqli olaraq çempionatın lideridir. Lakin heç kim çempionun kimliyini indidən deyə bilməz. Baçana Sxadadze artıq ikinci dəfə Gürcüstan millisinə çağrılır. Onun milli komandadakı oyunu haqqında fikir bildirməyim düzgün olmaz, bunu baş məşqçisi etməlidir. Milli komandaya faydalı olmasını arzulayıram”.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır