Milli komandamızın kapitanı Rəşad Sadıqov Qol.Az saytının suallarını cavablandırıb. O, yığmamızın "Avro-2016"nın seçmə mərhələsindəki şanslarını dəyərləndirib.
- Yığmamızın yer aldığı qrupu necə dəyərləndirirsən?
- Dördüncü səbətdən Bolqarıstanın bizimlə düşməsi bir qədər qrupumuzu qəlizləşdirdi. Yəni dördüncü səbətdə daha münasib rəqiblər çox idi. Buna baxmayaraq, Bolqarıstanla da oyunlarda xal qal qazana bilərik. Xorvatiya və Norveçin bizə rəqib olmağına təəssüflənmədim. Çünki həmin səbətlərdə daha arzuolunmaz komandalar var idi. Ona görə deyirəm ki, bəximiz əsas dördüncü səbətdə gətirmədi.
- Əvvəlki seçmə mərhələlərlə müqayisədə bu dəfə daha çətin qrupa düşdüyümüzü demək olar?
- Əlbəttə, çox çətin qrupa düşmüşük. Ancaq hər bir rəqibə qarşı oynamaq lazımdır. Onsuz da Avropda asan rəqib yoxdur. Hər komanda özünə görə çətin rəqibdir.
- Təbii ki, millimizin ən yaxşı halda üçüncü yerə ümid edə bilər. Bunu bacarmaq şansımız nə dərəcədədir?
- Qeyd etdiyim kimi pley-off-a çıxmaq şansımızı Bolqarıstan çətinləşdirdi. Onsuz da asan olmayan qrupumuza bu komandanın da əlavə olunması üçüncü yerə çıxmaqda bizə mane ola bilər. Bolqarıstan olmasa, Norveçlə üçüncü yer uğrunda mübarizə apara bilərdik. Yenə də Allah bilən məsləhətdir. Əlimizdən gələni edəcəyik ki, üçüncü yeri tutaq.
- Hansı komandanı qrupun fovariti hesab edirsən?
- Təbii ki, İtaliyanı.
- İtaliya və Xorvatiyadan xal ala bilərik?
- Məncə, hər bir rəqibdən xal ala bilərik. Ancaq onu zaman göstərəcək.
- Vaxtilə İtaliya millisinə qarşı oynamısan. İndiki İtaliyanı o dövrlə necə müqayisə etmək olar?
- Həmin dövrdə İtaliya daha güclü, ulduz futbolçulardan qurulmuşdu. Totti, Vieri, Nesta, Kannavaro, Qattuzo... saymaqla qurtarmır. Ancaq indi də intizamlı oyunla yadda qalırlar. Səfər oyunumuz çox çətin olacaq. Ancaq çalışacağıq ki, öz meydanımızda bu rəqibdən xal alaq.
- Bəs bizim millidə nə dəyişib?
- O dövrdə ustalıq baxımından seçilən futbolçularımız daha çox idi. Samir Əliyev, Qurban Qurbanov, Mahmud Qurbanov, Kamal Quliyev, Aslan Kərimov kimi oyunçularımız var idi. Heyətimiz geniş idi. Təcrübəli futbolçular çox idi. Ancaq indi millimiz bir qədər dəyişib. Fiziki cəhətdən güclü komandamız var, oyunlarımızı əks-hücumlarda qururuq. İtaliya kimi komandalarla oyunda maksimum diqqətli olub, səhvlərə yol verməməliyik. Çünki belə komandalar səhvləri bağışlamır. Səhv edəcəksənsə, uduzacaqsan. İtaliya ilə əvvəlki oyunumuzda da məhz kobud səhvlərin qurbani olduq.
- Seçmə mərhələnin oyun təqvimi də artıq bəllidir. Komandamız üçün oktyabrda üç gün ərzində İtaliya və Xorvatiya ilə qarşılaşmaq ağır olmayacaq?
- Bizim üçün əsas birinci oyundur. Bolqarıstanla qarşılaşandan sonra bütün imkanlarımız ortaya çıxacaq. Ondan sonra iki ağır səfər oyunumuz var. Bu üç qarşılaşmadan dörd xal götürə bilsək, əla olar.
Ramiq AĞAMƏMMƏDOV
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
Azərbaycan çempionatına yekun vuruldu
“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov
Son 7 oyunun hamısında qələbə qazanıblar
Ronaldo Kazemironu inandırdı
"Barselona" Fliklə yeni müqavilə imzaladı
Yayda "Mançester Siti"dən ayrılacaq
Kosovo - Türkiyə oyunu bu kanallarda
Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi
Simeone nəvəsi ilə fotosunu paylaşdı - Şəkil
Almaniya millisi Qanaya qalib gəldi