Mirça Luçesku "Trabzonspor"un təklifini rədd etdi

Mirça Luçesku "Trabzonspor"un təklifini rədd etdi
XƏBƏR 12 Fevral 2014 / 17:43 1844
-  A +

Mustafa Reşid Akçay ilə yolları ayıran Türkiyənin "Trabzonspor" klubu baş məşqçi axtarışlarını davam etdirir.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Trabzon təmsilçisi bu dəfə tanınmış rumıniyalı mütəxəssis Mirça Luçeskuya rəsmi təklif göndərib.

Lakin Luçesku "Təklifinizə görə təşəkkür edirəm. "Şaxtyor"a ürəkdən bağlıyam. Buradan ayrılmağı düşünmürəm" deyərək "Trabzonspor"un təklifini rədd edib.

Qeyd edək ki, Luçesku 2004-cü ildən "Şaxtyor" (Donetsk) klubunu çalışdırır.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner