Fabreqas: "Arsen Venger olmasaydı..."

Fabreqas: "Arsen Venger olmasaydı..."
XƏBƏR 12 Fevral 2014 / 14:35 2502
-  A +

"Barselona" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas sabiq baş məşqçisi Arsen Venger haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, "sport.es"ə danışan Fabreqas Vengerin onun karyerasında həlledici rol oynadığını bildirib:

"Arsenal"da Vengerlə çalışdığım dönəm mənim üçün xoş xatirələrlə yadda qalıb. O, mənim karyeramda həlledici rol oynadı. Vengerə minnətdaram. Ömrümün sonuna kimi də minnətdar olacam. Əgər Venger olmasaydı, mən indi "Barselona"da oynamazdım".

Qeyd edək ki, Fabreqas 2011-ci ildə "Arsenal"dan "Barselona"ya transfer olunmuşdu.


Son xəbərlər
topaz banner