"Real"ın iki əfsanəsi eyni komandada çalışa bilər

"Real"ın iki əfsanəsi eyni komandada çalışa bilər
XƏBƏR 12 Fevral 2014 / 13:41 2730
-  A +

İspaniya millisinin keçmiş futbolçusu Fernando Yerro baş məşqçi kimi çalışmağa hazırlaşır.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Real"ın məşhur oyunçusu Avstraliyada bir klub çalışdırmaq istədiyini menecerlərinə bildirib.

Qeyd olunub ki, o, işləyəcəyi komandaya yaxın dostu, "Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzalesi də oyunçu-məşqçi olaraq gətirməyi planlaşdırır.

Onu da bildirək ki, F.Hierronun məşqçi kimi çalışması üçün lisenziyası var.


Son xəbərlər
topaz banner