“Rəvan” “Sumqayıt”la oyuna hazırlaşır

“Rəvan” “Sumqayıt”la oyuna hazırlaşır
XƏBƏR 12 Fevral 2014 / 12:51 1290
-  A +

Topaz Premyer Liqasının XXI turunda "Sumqayıt”ın qonağı olacaq "Rəvan" bu oyunun hazırlığını davam etdirir.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Bayıl Arena”da çalışan futbolçular gündə bir dəfə olmaqla məşq edir. Baş məşqçi Güvənc Kurtarın rəhbərliyi altında keçən hazırlıqlarda komandanın bütün üzvləri iştirak edir. Hazırda komandada heç bir zədəli futbolçu yoxdur. Mişel Balokoq isə cəzasını başa vurduğundan artıq "Sumqayıt”la qarşılaşmada meydana çıxa biləcək.

Qeyd edək ki, "Sumqayıt” – "Rəvan” oyunu fevralın 15-i saat 16:00-da başlayacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner