“Real”da narazılıq: Perez Ançelottiyə qarşı

“Real”da narazılıq: Perez Ançelottiyə qarşı
XƏBƏR 12 Fevral 2014 / 11:52 2834
-  A +

"Real"ın prezidenti Florentino Perez komandanın baş məşqçisi Karlo Ançelottinin bəzi seçimlərindən narazıdır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubunun prezidenti gənc futbolçular - İsko və İllaramendiyə daha çox şans verilməsini istəyir.

O, sözügedən futbolçuların özünü yaxşı tərəfdən göstərəcəyinə inanır. Bununla da klub gələcəkdə İsko və İllaramendini yüksək məbləğli qiymətlərlə satmağı düşünür.

Ancaq K.Ançelotti komandanı oynatdığı sxemdə dəyişiklik etmək istəmədiyi üçün Perezin dedikləri ilə razılaşmadığı iddia edilir.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner