Felipe Melo yenə milliyə çağırılmadı

Felipe Melo yenə milliyə çağırılmadı
XƏBƏR 11 Fevral 2014 / 22:55 2411
-  A +

"Qalatasaray"ın futbolçusu Felipe Melo yenə də Braziliya millisinə çağırılmayıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Felipe Skolari mart ayında Cənubi Afrika ilə oynanılacaq cavab qarşılaşması üçün yarımmüdafiəçiyə dəvət göndərməyib.

DÇ-2014-də iştirak edəcək futbolçuların oynayacağı bu görüşə  Melonun çağırılmaması onu göstərir ki,  30 yaşlı oyunçu böyük ehtimalla DÇ-2014-də olmayacaq.

Qeyd edək ki, Melo millidə ilk matçına 2009-cu ildə çıxıb. O, sonuncu dəfə 2010-cu ildə keçirilən dünya çempionatında Braziliya yığmasının heyətində yer alıb.


Son xəbərlər
topaz banner