Noyer: "Almaniya millisi dünya çempionatının favoritidir"

Noyer: "Almaniya millisi dünya çempionatının favoritidir"
XƏBƏR 11 Fevral 2014 / 18:53 2103
-  A +

"Bavariya" klubunun qapıçısı Manuel Noyer şərəfini qoruduğu Almaniya millisinin yayda keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan almaniyalı qolkiper Bundestimin mundialın favorit komandalarından olduğunu bildirib:

"Çox güclü qrupda qərarlaşmışıq. Ancaq Almaniya millisi bütün rəqiblərinə qalib gəlmək iqtidarındadır. Almaniya dünya çempionatının əsas favoritlərindən biridir. Cənubi Amerika təmsilçilərini də bu siyahıya qatmaq olar. Braziliyaya gəldikdə "sambaçılar" qızıl medalları qazanmağa əsas namizəddirlər. Lakin Argentina və Uruqvayı da siyahıdan silmək olmaz".

Qeyd edək ki, Almaniya millisi G qrupunda Portuqaliya, Qana və ABŞ yığmaları ilə mübarizə aparacaq.

 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner