Millimiz İspaniyaya gedəcək

Millimiz İspaniyaya gedəcək
XƏBƏR 11 Fevral 2014 / 18:14 1682
-  A +

Fevralın 19-dan martın 3-dək İspaniyanın paytaxtı Madriddə 1999-cu il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hələlik toplanışa dəvət olunmuş futbolçuların siyahısı məlum deyil.

Qeyd edək ki, bu yaş qrupuna aid olan yığmamız 2016-cı ildə Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.


Son xəbərlər
topaz banner