"Napoli" "Real"ın daha bir futbolçusunu istəyir

"Napoli" "Real"ın daha bir futbolçusunu istəyir
XƏBƏR 11 Fevral 2014 / 16:04 3064
-  A +

İtaliyanın "Napoli" klubu Madrid "Real"ının daha bir futbolçusunu transfer etmək istəyir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Neapol təmsilçisi bu dəfə "Real"ın qapıçısı İker Kasilyası heyətinə qatmağı planlaşdırır.

İtaliya klubu artıq indidən Kasilyasla danışıqlara start verib. "Real"ın əsas heyətindən kənarda qalan Kasilyasın da mövsümün sonunda komandasını dəyişəcəyi gözlənilir. Lakin təcrübəli qolkiperin hansı ölkəyə üz tutacağı hələlik məlum deyil. 

Qeyd edək ki, "Napoli" daha öncə "Real"dan Raul Albiol, Xose Kallehon və Qonzalo İquaini transfer edib.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner