Eden Hazarddan PSJ açıqlaması

Eden Hazarddan PSJ açıqlaması
XƏBƏR 11 Fevral 2014 / 14:36 2385
-  A +

Fransanın PSJ klubu "Çelsi"nin futbolçusu Eden Hazardı transfer etməkdə israrlıdır.

Qol.Az-ın "Sport Mediaset"ə istinadən verdiyi məlumata görə, Paris təmsilçisinin belçikalı futbolçuya yüksək məbləğ təklif edəcəyi bildirilir.

Lakin Hazard PSJ-yə transfer olunmaq haqda düşünmədiyini açıqlayıb: "Əlbəttə, adımın PSJ ilə hallanması xoşdur. Ancaq mən klubumu dəyişmək niyyətində deyiləm. Əsas hədəfim "Çelsi"nin ən yaxşısı olmaqdır".

Qeyd edək ki, Hazard 2012-ci ildə "Lill" klubundan "Çelsi"yə transfer olunub. 


Son xəbərlər
topaz banner