AZAL "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq

AZAL "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq
XƏBƏR 11 Fevral 2014 / 12:42 1629
-  A +

Topaz Premyer Liqasının 20-ci turunda  cəza səbəbindən "Sumqayıt"la oyunu buraxan AZAL-ın futbolçusu Con Oluremi yenidən heyətə qayıdıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandada itkilər də var.

Belə ki, son oyunda 4-cü sarı vərəqə alan Cavid Tağıyev növbəti turda meydançaya çıxa bilməyəcək. Üstəlik Xuan Fransisko və Samuel Barlay da zədə səbəbindən məqşlərə qatıla bilmir. Çox güman onların hər ikisi “Qarabağ”la matçda iştirak edə bilməyəcəklər.

Son xəbərlər
topaz banner