"Qalatasaray" daha bir ulduz futbolçu transfer edə bilər

"Qalatasaray" daha bir ulduz futbolçu transfer edə bilər
XƏBƏR 11 Fevral 2014 / 11:24 3556
-  A +

"Qalatasaray" mövsümün sonunda  müqaviləsi bitəcək Didye Droqbanın yerini ulduz bir futbolçu ilə doldurmağa hazırlaşır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Cim-Bom" "Çelsi"nin hücumçusu Samuel Eto'onu transfer etmək istəyir.

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançinin uzun müddətdir ki, kamerunlu oyunçunun izlədiyi və onu çox bəyəndiyi bildirilib. Eto'onu  komandasında görmək istəyən Mançini rəhbərliyə bu barədə məlumat verib.

Qeyd edək ki, Samuel Eto'o bu mövsüm Premyer Liqada 15 matça çıxıb və 6 qol vurub.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner