Del Pyero "Sidney"in oyunçu-məşqçisi ola bilər

Del Pyero "Sidney"in oyunçu-məşqçisi ola bilər
XƏBƏR 11 Fevral 2014 / 01:48 1443
-  A +

Avstraliyanın "Sidney" klubunun futbolçusu Aleksandr Del Pyero komandasının oyunçu-məşqçisi ola bilər.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı futbolçunun mövsümün sonunda komandası ilə müqaviləsi başa çatacaq.

Artıq klub rəhbərliyi 39 yaşlı futbolçuya yeni müqavilə təklif edib. Del Pyero bu təklifi qəbul edəcəyi təqdirdə komandasının oyunçu-məşqçisi olacaq.

Qeyd edək ki, 2012-ci ildə "Sidney"ə transfer edilən Del Pyero keçirdiyi 39 oyunda 21 dəfə rəqib qapılarına yol tapıb.

 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner