"Yuventus" Pol Poqba ilə müqavilə yeniləyir

"Yuventus" Pol Poqba ilə müqavilə yeniləyir
XƏBƏR 11 Fevral 2014 / 01:09 1924
-  A +

"Yuventus" klubunun rəhbərliyi futbolçusu Pol Poqba ilə sözləşməni uzatmaq üçün görüşlərə start verib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, fransız futbolçunun meneceri Mino Rayola artıq danışıqlar üçün Torinoya gedib.

Komandasıyla 2016-cı ilə qədər müqavilə olan 20 yaşlı futbolçunun sözləşməsi daha iki il uzadılacaq. Poqba da uzun müddət "Yuventus"da oynamaq istədiyini açıqlayıb.

Qeyd edək ki, Poqba bu mövsüm keçirdiyi 23 oyunda 6 qola imza atıb.


Son xəbərlər
topaz banner