Yaya Ture 3 oyunluq cəzalandırıla bilər

Yaya Ture 3 oyunluq cəzalandırıla bilər
XƏBƏR 11 Fevral 2014 / 00:01 1709
-  A +

"Mançester Siti" klubunun yarımmüdafiəçisi Yaya Ture cəzalandırıla bilər.

Qol.Az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, buna futbolçunun "Norviç"lə Premyer Liqa görüşündə rəqibini vurması səbəb olub.

Belə ki, matçın gedişində Ture rəqibi Riki van Volfsvinkelə zərbə endirib. Matçın baş hakimi həmin epizodu görmədiyindən Tureyə heç bir cəza verməyib. Lakin İngiltərə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi Turenin rəqibini vurduğunu sübuta yetirərsə, təcrübəli futbolçu 3 oyunluq cəzalandırılacaq.

Qeyd edək ki, "Norviç" - "Mançester Siti" oyunu 0:0 hesabı ilə başa çatmışdı. 


Son xəbərlər
topaz banner