"Bavariya" "Arsenal"la ilk matça Riberisiz çıxacaq

"Bavariya" "Arsenal"la ilk matça Riberisiz çıxacaq
XƏBƏR 10 Fevral 2014 / 20:47 1829
-  A +

"Bavariya"nın futbolçusu Frank Riberi Çempionlar Liqasının 1/8 finalında "Arsenal"la ilk matçda iştirak edə bilməyəcək.

Qol.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat verib. Ayağındakı zədə səbəbindən əməliyyat olunan fransız yarımmüdafiəçinin məşqlərə bir qədər gec başlayacağı bildirilib. Bu səbəbdən onun London klubu ilə ilk matda oynamayacağı açıqlanıb.

Qeyd edək ki, "Bavariya" ilə "Arsenal" arasında ilk oyun fevralın 19-u, cavab qarşılaşması isə martın 12-də keçiriləcək.


Son xəbərlər
topaz banner