"Qarabağ"ın futbolçusu 3 həftəlik sıradan çıxdı

"Qarabağ"ın futbolçusu 3 həftəlik sıradan çıxdı
XƏBƏR 10 Fevral 2014 / 17:52 2555
-  A +

Topaz Premyer Liqanın sonuncu turunda "Qəbələ"ylə baş tutan görüşdə (1:0) zədələnərək meydanı tərk edən "Qarabağ"ın müdafiəçisi Admir Telinin son durumuna aydınlıq gəlib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müayinədən sonra alban futbolçunun uzun müddətə sıradan çıxdığı məlum olub.

Təcrübəli futbolçunun sol ayağında 2-ci dərəcəli əzələ dartılması aşkar edilib. Belə də Admirin 3 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, Teli matçın 12-ci dəqiqəsində 32 yaşlı müdafiəçi yerini İlqar Qurbanova verməli olub.

Son xəbərlər
topaz banner