Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün orijinal aksiyaya başlayıblar.
Onlar UEFA-nın və “Qalatasaray”ın e-mail ünvanlarına müraciət göndəriblər.
Bu barədə məlumatı katibliyin əməkdaşı Elnur Bağırlı “Facebook” səhifəsində yazıb. Müraciətdə xahiş olunur ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 26-ı keçiriləcək “Qalatasaray” - “Çelsi” qarşılaşmasında 26 fevral Xocalı soyqırımının anım günü Türkiyə klubunun futbolçuları meydana qara sarı ilə çıxsınlar.
Aksiyanın effektivliyini artırımaq üçün Jurnalist Ekspert Mərkəzi təkliflə çıxış edib. Təklifdə deyilir: “Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lər UEFA və “Qalatasaray”ın ([email protected], [email protected]) ünvanlarına ingilis, türk dillərində eyni məzmunda məktub göndərsin. Təşkilat rəhbərləri təbliğat baxımından həmin məktubların mətnini “Facebook” səhifələrində paylaşsınlar.
Jurnalist Ekspert Mərkəzinin müraciəti
1992-ci il fevralın 25-dan 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Bu dəhşətli faciədə 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Xocalı şəhəri yer üzündən silindi.
Cənab Mişel Platini (Ünal Aysal), Sizdən xahiş edirik, dünyanın ən dəhşətli facilərindən biri olan Xocalı soyqırımında qətlə yetirilənlərin ruhlarını bir dəqiqəlik sükütla yad etmək üçün Azərbaycanla eyni dərdi yaşayan Türkiyənin komandası “Qalatasaray”ın futbolçuları fevralın 26-da meydana qollarına qara lent bağlayaraq çıxsınlar.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq