Robben: "Bavariya" rekordlar üçün oynamır"

Robben: "Bavariya" rekordlar üçün oynamır"
XƏBƏR 10 Fevral 2014 / 11:06 1695
-  A +

"Bavariya" klubunun yarımmüdafiəçisi Aryen Robben komandasının bu mövsümkü çıxışını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, "Sport1.de"yə danışan hollandiyalı futbolçu komandasının gec-tez məğlub olacağını bildirib:

"Bəli, biz artıq bir neçə rekorda imza atmışıq. Ancaq "Bavariya" rekordlar üçün oynamır. Heç kəs məğlubiyyətdən sığortalanmayıb. Gec-tez biz də məğlub olacağıq. Lakin bu bizim çıxışımıza təsir etməməlidir".

Qeyd edək ki, "Bavariya" Bundesliqada 20 turdan sonra 53 xalla turnir cədvəlinə başçılıq edir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner