Ronaldo: "Çempionlar Liqasını qazanacağımıza inanıram"

Ronaldo: "Çempionlar Liqasını qazanacağımıza inanıram"
XƏBƏR 8 Fevral 2014 / 18:20 2460
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo "Bavariya"nın ötən mövsüm əldə etdikləri uğurları təkrarlamaq istəyir.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı hücumçu "Sky Sport"a açıqlamasında bu mövsüm hər üç kobuku (La Liqa, İspaniya kuboku, Çempionlar Liqası) qazanacaqlarına inandığını deyib:

"ÇL-də kubok qaldırmaq bir məcburiyyət olmamalıdır. Amma artıq həm azarkeşlər, həm də futbolçular bu uğuru əldə etmək istəyir. "Real" hər zaman qazanmağı düşünən komandadır. Buna görə də hədəflərimizin yüksək olması normaldır. Həmçinin Karlo Ançelotti kimi mükəmməl bir baş məşqçimiz var. Bu il ÇL-i qazanacağımıza inanıram".


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner