"Qələbə qazanmaq üçün əlimizdən gələni etdik"

"Qələbə qazanmaq üçün əlimizdən gələni etdik"
XƏBƏR 8 Fevral 2014 / 18:06 2144
-  A +

"Komandanın göstərdiyi oyun məni qane etsə də, nəticədən narazı qaldım. Qələbə qazanmaq üçün oynayırdıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov AZAL-la oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.

A.Məmmədov komandasının qələbə qazanmaq üçün əlindən gələni etdiyini bildirib: "Qapımıza vurulan qollarda səhvlərimiz oldu. Buna baxmayaraq, komanda qalib gəlmək üçün əlindən gələni etdi”.

Son xəbərlər
topaz banner