Kaxaber Sxadadze: "Bugünkü oyundan dərs almalıyıq"

Kaxaber Sxadadze: "Bugünkü oyundan dərs almalıyıq"
XƏBƏR 8 Fevral 2014 / 17:55 2019
-  A +

“İlk növbədə qələbəyə layiq olduğumuzu qeyd edim. İlk hissədə hər hücumumuzda qol vəziyyəti yaradırdıq, lakin istifadə edə bilmirdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Rəvan"la oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib. 

Gürcüstanlı mütəxəssis bugünkü oyundan dərs almalı olduqlarını bildirib: "Fasilədə futbolçulara dedim ki, oyundakı vəziyyət əleyhimizə dəyişə bilər, futbol belədir. Qələbə topunu vura bildik. Hər bir rəqibi ciddi qəbul etmək lazımdır. Bugünkü oyundan dərs almalıyıq".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner