Frank de Bur Premyer Liqada çalışmaq istəyir

Frank de Bur Premyer Liqada çalışmaq istəyir
XƏBƏR 8 Fevral 2014 / 13:09 1785
-  A +

"Ayaks"ın baş məşqçisi Frank de Bur İngiltərə Premyer Liqasında çalışmaq istəyir.

Qol.Az-ın məlumatına görə, bu barədə 43 yaşlıda "BBC"də yayımlanan bir proqrama açıqlamasında deyib:

"Hollandiyadan indicə ayrılmaq istəyirəm deyə bilmərəm. Çünki burada xoşbəxtəm və çox sevilirəm. Amma bir tərəfdən də başqa yerlərdə işləmək istəyirəm. Ən çox isə Premyer Liqada klub çalışdırmağı düşünürəm".

Qeyd edək ki, F.Bur "Ayaks"la ardıcıl üç il çempionluq qazanıb.


Son xəbərlər
topaz banner