"Barselona"nın məşqi yarımçıq dayandırıldı

"Barselona"nın məşqi yarımçıq dayandırıldı
XƏBƏR 8 Fevral 2014 / 10:58 3619
-  A +

UEFA-nın nümayəndələri “Barselona”nın ötən gün keçirilən məşqini yarımçıq dayandırıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, futbolçuları dopinq testindən keçirmək üçün belə bir addım atılıb.

Kataloniya klubunda Pedro, Fabreqas, Messi, Neymar, İnyesta, Adriano, Sonq, Adriano, Alveş, Kuanki və Afellay  testdən keçib.

Qeyd edək ki, bu yoxlanış “Barselona”nın qarşıdakı Çempionlar Liqası matçları üçün nəzərdə tutulub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner