“Böyük kluba gəldiyimi yaxşı anlayıram"

“Böyük kluba gəldiyimi yaxşı anlayıram"
XƏBƏR 8 Fevral 2014 / 00:22 2716
-  A +

Neftçi” klubunun yeni transferi Elvin Bədəlov komandanın düşərgəsindədir.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, gənc müdafiəçi dünən  klubun bazasında keçirilmiş məşqdə iştirak edib.

Futbolçu fikirlərini klubun rəsmi saytına bildirib: “Böyük kluba gəldiyimi yaxşı anlayıram. “Neftçi” hər zaman yüksək yerlər uğrunda mübarizə aparıb. Belə bir komandanın üzvü olmaq qürurvericidir. Bu gün “Neftçi”də ilə ilk məşqə çıxdım və komanda yoldaşlarımla tanış oldum. Komandada əla ab-hava olduğunu gördüm, ilk məşqim olmasına baxmayaraq artıq demək olar ki, hamısı ilə ünsiyyət qurmuşam. Burada milli komandadan dostlarım da var. Hər kəs də əsas heyətdə möhkəmlənməyə çalışır. Onlarla rəqabət aparmaq maraqlı olacaq. Çalışacam ki, məşqçilər heyətinin etimadını doğruldum”.

Son xəbərlər