Messi: "Hələ çox şey öyrənməliyəm"

Messi: "Hələ çox şey öyrənməliyəm"
XƏBƏR 7 Fevral 2014 / 19:16 2222
-  A +

"Hazırda çox yaxşı formadayam və enerjim yüksəkdir. Uzun müddətdən sonra yenidən yaşıl meydanlardayam. İndiki durumumdan çox məmnunam. Doğru zamanda ən yüksək səviyyəyə yüksələcəyimə inanıram.  Ümid edirəm ki, bu il həm "Barselona", həm də Argentina üçün çox yaxşı il olacaq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi "BBC"yə açıqlamasında deyib.

Argentinalı hücumçu hədəflərindən də danışıb:

"Barselona"  bütün kubokları qazanmalıdır. Hələ çox şey öyrənməliyəm.  Bütün kubokları qazanmaq istəyirəm".


Son xəbərlər