"Messinin futbol oynamaq istəyi azalıb"

"Messinin futbol oynamaq istəyi azalıb"
XƏBƏR 7 Fevral 2014 / 14:43 2852
-  A +

Argentinanın keçmiş futbolçusu Anxel Kappa həmyerlisi Lionel Messi haqda sərt fikirlər səsləndirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, o, argentinalı hücumçunun futbol oynamaq istəyinin azaldığını deyib:

"Messi zədələndikdən sonra əvvəlki formada deyil. O, futbol oynamaq istəyini və arzusunu itirib. Halbuki ən yaxşı futbolçular belə olmamalıdır. Messinin bu istəksiz görüntüsünün səbəbini anlaya bilmirəm”.

Qeyd edək ki, hazırda məşqçi kimi işləyən Kappa "Real" və "Barselona"  kimi klublarda çalışıb.


Son xəbərlər