"Yeni Messi" seçim qarşısında: Argentina, yoxsa İspaniya?

"Yeni Messi" seçim qarşısında: Argentina, yoxsa İspaniya?
XƏBƏR 7 Fevral 2014 / 13:46 3326
-  A +

İspaniya "Villareal"da oynayan və yaxşı gələcəyi olduğu deyilən argentinalı futbolçusu Natias Nahuel Leyvaya İspaniya vətəndaşlığı verib.

Qol.Az-ın "Marca" qəzetinə istinadən yaydığı məlumata görə, "Yeni Messi" ləqəbli 17 yaşlı hücumameyilli yarımmüdafiəçinin Argentinanı, yoxsa İspaniya yığmasını seçəcəyi ilə bağlı qərarı gözlənilir.

İspaniya Futbol Federasiyasının tez bir zamanda Leyvanı aşağı yaş qrupları üzrə milli komandaya gətirərək rəsmi matçlarda oynatmaq istədiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl braziliyalı Dieqo Kosyata İspaniya vətədaşlığı verilmişdi.


Son xəbərlər