Arda Turan Nihat Qəhvəçinin uğurunu təkrarlaya bilər

Arda Turan Nihat Qəhvəçinin uğurunu təkrarlaya bilər
XƏBƏR 7 Fevral 2014 / 13:06 2123
-  A +

"Atletiko"nun futbolçusu Arda Turan mövsümün sonunda ölkənin ən yaxşı mükafatlarından birini qazana bilər.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid klubunda göstərdiyi uğurlu çıxışla diqqət çəkən türk yarımmüdafiəçi La Liqanın ən yaxşı əcnəbi oyunçusu mükafatına əsas namizədlərdəndir.

Əgər Arda bu ada layiq görülərsə, "Real Sosyedad"ın keçmiş  futbolçusu Nihat Qəhvəçidən sonra mükafatı alan ikinci türk oyunçu olacaq.

 


Son xəbərlər