"Borussiya" və "Barselona"ya qarşı oynamaq istəyirəm"

"Borussiya" və "Barselona"ya qarşı oynamaq istəyirəm"
XƏBƏR 6 Fevral 2014 / 15:28 2565
-  A +

"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Sinci Kaqava Çempionlar Liqasının növbəti mərhələlərində qarşılaşmaq istədiyi komandaların adlarını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına danışan yaponiyalı futbolçu ÇL-in növbəti mərhələlərində "Borussiya" (Dortmund) və "Barselona" klubları ilə qarşılaşmaq istədiyini bildirib:

"Əgər Çempionlar Liqasında mərhələ adlasaq, "Borussiya" və "Barselona" klubları ilə qarşılaşmağımızı istərdim. Messi və İniyestaya qarşı oynamağı arzulayıram. Daha əvvəl "Borussiya"da oynamışam. Orada çoxlu dostlarım var və azarkeşlər məni tanıyırlar. Dortmundda stadiona qonaq qismində çıxmaq və azarkeşlərin mənə olan reaksiyasını görmək istərdim. "Borussiya"dakı futbolçuları və sabiq baş məşqçimi səbirsizliklə gözləyirəm. "Barselona"ya gəlincə onlar hazırda yüksək səviyyəli oyun nümayiş etdirirlər. İniyesta isə mənim idealımdır. Ona oxşamaq istəyirəm"


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner