Topaz Premyer Liqasının 20-ci turunun mərkəzi oyunu Qəbələ keçiriləcək.
Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, yerli “Qəbələ” ilə Ağdam “Qarabağ”ının mübarizəsi turnir cədvəlində liderin müəyyən olunması baxımından çox əhəmiyyətlidir. Ötən tur “Qarabağ”ın ev oyununda “Xəzər Lənkəran”a məğlub olaraq xal itirməsindən maksimum faydalanan “Qəbələ” turnir cədvəlinin vahid lideri oldu. Ötən tur “Neftçi”nin də qələbə qazanması ilə birdən-birə iki pillə geri düşən ağdamlılar yenidən turnir cədvəlinin lideri olmaq üçün səfər oyununda mütləq qələbə qazanmalı və “Neftçi”nin çətin Lənkəran səfərində xal itirməsini gözləməlidir.
Komandaların qarşıdurmasında “Qarabağ” üstünlüyə malikdir. 10 dəfə rəqibini məğlub edən ağdamlılar, 7 dəfə xalları bərabər bölüb. 5 oyunda isə “Qəbələ” meydanı 3 xalla tərk edib. Qeyd edək ki, “Qəbələ” artıq 5 oyundur ki, “Qarabağ”ı məğlub edə bilmir. Bu oyunlarda cəmi 1 xal toplaya bilən “Qəbələ” buna keçən ilki ev oyununda nail olub. Komandalar arasında bu mövsüm keçirilən hər iki oyunda ağdamlılar sevinib (1:0, 4:3). Hər iki komandanın heyətində cəzalı futbolçunun olmaması məşqçiləri sevindirməyə bilməz. “Qəbələ”nin əsas qol silahı Daniel Subotiç də artıq cəzasını başa vurub və əsas heyətdə yer alacağı gözlənilir.
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər
Qvardiola “Barselona”ya qayıtmayacaq
“Ayxan müəllim bizə bu barədə məlumat vermişdi”
Rafa Mirin həbs cəzası azaldıldı
Ronaldo: "Getdiyim hər yerdə əsl qatillər var idi"
Krivotsyukun komandasından məğlubiyyət
“Neftçi”nin legioneri: “Qış çempionluğu hədəfimizdir”
Mbappe ilə müqavilə uzadıldı
Messi və komandasından MLS-ə erkən vida
“Çelsi”dən ardıcıl üçüncü məğlubiyyət