"Bursaspor" Tuncay Şanlı ilə yollarını ayırdı

"Bursaspor" Tuncay Şanlı ilə yollarını ayırdı
XƏBƏR 5 Fevral 2014 / 17:52 2261
-  A +

Türkiyənin "Bursaspor" klubu hücumçusu Tuncay Şanlı ilə yollarını ayırıb.

Qol.Az-ın "NTVspor"a istinadən verdiyi məlumata görə, Bursa təmsilçisi təcrübəli futbolçu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Klubdan verilən açıqlamada Tuncayın komandadan heç bir təzminat tələb etmədiyi bildirilir.

Qeyd edək ki, Tuncay 2012-ci ildə "Volfsburq"dan "Bursaspor"a transfer olunmuşdu. 32 yaşlı futbolçu keçirdiyi 39 oyunda cəmi bir dəfə rəqib qapısına yol tapmışdı.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner