"Messi dünya kubokunu təkbaşına qazana bilməz"

"Messi dünya kubokunu təkbaşına qazana bilməz"
XƏBƏR 5 Fevral 2014 / 17:03 2431
-  A +

Argentina millisinin sabiq futbolçusu Mario Alberto Kempes komandanın hazırkı hücumçusu Lionel Messi maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan Kempes Messinin təkbaşına dünya çempionu ola bilməyəcəyini deyib:

"Dünya çempionatının seçmə mərhələsinin son oyunlarına doğru işlər yolunda getdi. Təbii ki, Messinin də bunda payı oldu. Ancaq Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmağın tək səbəbkarı Messi deyil. Əlbəttə, o komanda üçün önəmli futbolçudur. Komanda yoldaşlarının dəstəkləməli olduğu bir oyunçudur. Ancaq Messi dünya kubokunu təkbaşına qazana bilməz. Bu imkansızdır".

Qeyd edək ki, dünya çempionatının F qrupunda yer alan Argentina millisi Nigeriya, İran, Bosniya və Herqoqovina yığmaları ilə mübarizə aparacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner