"Atletiko" "Liverpul"un qapıçısını istəyir

"Atletiko" "Liverpul"un qapıçısını istəyir
XƏBƏR 5 Fevral 2014 / 14:43 2165
-  A +

"Atletiko" (Madrid) klubu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən qapıçı Tibo Kurtuaya əvəzləyici tapıb.

Qol.Az-ın "Fichajes.net"ə istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi "Liverpul"un qolkiperi Pepe Reynaya "elçi" düşüb.

Hazırda icarə əsasında "Napoli"də çıxış edən ispaniyalı qolkiperin gələcək karyerasına mövsümün sonunda aydınlıq gələcək. Əgər müqavilə ilə "Çelsi"yə məxsus olan Kurtua "Atletiko"da qalarsa, o zaman "Atletiko" Reynaya ehtiyac duymayacaq. Əks təqdirdə Madrid klubu 31 yaşlı qolkiperin transferi üçün "Liverpul"la danışıqlara başlayacaq.
 
Qeyd edək ki, Tibo Kurtuanın mövsümün sonunda "Real" (Madrid) klubuna keçəcəyi iddia olunur.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner