Xavi: "Karyeramı "Barselona"da başa vurmaq istəyirəm"

Xavi: "Karyeramı "Barselona"da başa vurmaq istəyirəm"
XƏBƏR 5 Fevral 2014 / 12:36 1469
-  A +

"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez gələcək karyerası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına danışan Xavi karyerasını "Barselona"da başa vurmaq istədiyini bildirib:

"Karyeramı "Barselona"da başa vurmaq istəyirəm. Dünyanın ən yaxşı komandasına bağlı qalmağı düşünürəm. "Barselona"ya sevgim uşaqlıqdan gəlir. Klubun tələblərini yaxşı bilirəm və buna uyğun hərəkət edirəm. Allah mənə karyeramı burada bitirməyi nəsib etsin. Futbolla nə vaxt vidalaşacağıma gəlincə bu, mənim fiziki hazırlığımdan asılı olacaq".

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Xavi 1998-ci ildən əsas komandanın heyətində çıxış edir.


Son xəbərlər
03.09.25  17:19

"Barselona"da itki

03.09.25  16:08

"Milan" onu satır