Pike: "Real"ın uğurları 20-ci əsrdə qaldı"

Pike: "Real"ın uğurları 20-ci əsrdə qaldı"
XƏBƏR 4 Fevral 2014 / 13:42 2612
-  A +

"Barselona"nın futbolçusu Jerard Pike əzəli rəqibləri "Real"ı əsəbiləşdirəcək açıqlama verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı müdafiəçi deyib ki, Madrid klubunun uğurları keçmişdə qalıb:
 
"9 Avropa kuboku ilə bərabər çox sayda nailiyyətlər əldə ediblər. Bu da onları 20-ci əsrin ən yaxşı komandası edib. Amma son 10-15 ilə baxdıqda "Barselona" "Real"dan daha uğurlu çıxış ilə yadda qalıb.  Bu rəqabət sonsuza qədər davam edəcək".

Daha çox


Son xəbərlər
topaz banner