Dieqo: "Atletiko" Avropanın ən yaxşı komandalarındandır"

Dieqo: "Atletiko" Avropanın ən yaxşı komandalarındandır"
XƏBƏR 4 Fevral 2014 / 13:40 2022
-  A +

İcarə əsasında yenidən "Atletiko" (Madrid) klubuna qayıdan Dieqo Ribas komandası haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, "Football Espana"ya danışan braziliyalı futbolçu "Atletiko"nu Avropanın ən yaxşı komandalarından biri adlandırıb:

"Mənim olmadığım müddətdə komanda xeyli artırıb. Artıq "Atletiko" Avropanın ən yaxşı klublarından biridir və mən də daha çox irəliləmək üçün komandama kömək etmək istəyirəm. Baş məşqçi Dieqo Simeone ilə əla münasibətim var. O, mənim işlədiyim ən yaxşı məşqçidir. Simeone mənə həm futbolçu, həm də insan kimi çox yardımçı oldu. Elə bu da mənim "Atletiko"nu seçməyimdə əsas rol oynadı".

Qeyd edək ki, Dieqo La Liqada "Real Sosyedad"la baş tutan debüt matçında ilk qolunu vurub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner