AFFA klubları cəzalandırdı

AFFA klubları cəzalandırdı
XƏBƏR 4 Fevral 2014 / 13:15 2259
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumatına görə, iclasda Topaz Premyer Liqanın 19-cu turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.


XIX turun “Neftçi” – “Simurq” matçının 61-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadəsi olunduğu üçün klub 1000 manat cərimə olunub.


“İnter” – AZAL matçında AFFA nüməyəndəsinə təqdim olunan oyunun videoyazısı qeyd edilmiş disk boş olduğu üçün meydan sahibi klub 1000 manat cərimələnib.

Daha çox


Son xəbərlər
topaz banner